Sentyabrın 26-sı 07:30-dan 10:00-dək, 27-si isə 06:30-dan 14:00-dək Bakının bəzi küçə və prospektlərində bütün növ nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Bu barədə Bakı şəhər Baş Polis İdarəsindən sentyabrın 25-də məlumat verilib.
Anım Günü münasibətilə paytaxtda keçiriləcək tədbirlə bağlı aşağıdakı ünvanlarda hərəkət məhdudlaşdırılacaq.
- “Azneft” dairəsi;
- Neftçilər prospekti;
- Kövkəb Səfərəliyeva küçəsi;
- Yusif Səfərov küçəsi;
- Üzeyir Hacıbəyov küçəsi;
- Zərifə Əliyeva küçəsi;
- Parlament prospekti;
- Mehdi Hüseyn küçəsi;
- Teymur Elçin küçəsi;
- İstiqlaliyyət küçəsi;
DYP vətəndaşlardan şəxsi minik vasitələrindən istifadə etməməyi xahiş edib.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.