DYP müraciət

DYP həftəsonları qanunsuz fəaliyyət göstərən sürücülərə xəbərdarlıq edib

Həftə sonları sərnişin daşınması qaydalarını pozaraq qanunsuz fəaliyyət göstərən sürücülər aşkarlanıb. Bu haqda sentyabrın 15-də DYP məlumat verib.

Təkcə paytaxtda 1500-dən çox belə daşınma həyata keçirilib. Həftə sonları ictimai nəqliyyatın fəaliyyəti dayandırıldığı üçün bəzi sürücülər bunu fürsət kimi dəyərləndirirlər.

Sürücülərin daha çox qazanc əldə etmək üçün istirahət etmədən çalışmaları ağır yol qəzalarının baş vermə riskini artırır. Eyni zamanda sərnişinlər arasında sanitariya-gigiyena tədbirlərinin pozulması ölkəmizdə xəstəliyin yayılmasını artırır.

DYP qanunsuz sərnişindaşıyan, xüsusi karantin rejimi qaydalarını pozan sürücülər barəsində inzibati məsuliyyət tədbirləri tətbiq edəcək.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “DYP həftəsonları qanunsuz fəaliyyət göstərən sürücülərə xəbərdarlıq edib”

Tövsiyə xəbərlər