Dövlət Yol Polisi İdarəsi yük və sərnişin daşınması, o cümlədən taksi fəaliyyəti ilə məşğul olan şəxslərə xəbərdarlıq edib.
Sürücülərdən sentyabrın 1-dən COVID-19-a qarşı birinci doza, oktyabrın 1-dən isə ikinci doza peyvənd olunmaları və ya COVID-19-a qarşı immunitet sertifikatı tələb ediləcək. Peyvənd olunmayan şəxslər inzibati məsuliyyətə cəlb olunacaqlar.