Qanunsuz ov etdiklərinə görə 15 nəfər saxlanılıb və cərimələnib. Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən sentyabrın 21-də məlumat verilib.
Xidmət rəsmisi bildirib ki, brakonyerlərin Astara, Ağcabədi, Lerik, Neftçala, Ucar, Qusar, Sabirabad və Biləsuvar rayonlarında və Bakı şəhərində ov etdikləri müəyyən edilib.
Bundan əvvəl, sentyabrın 15-də və 19-da qanunsuz ov ilə məşğul olan 8 nəfər saxlanılıb və barələrində qanunamüvafiq tədbirlər görülüb.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.