Ekologiya nazirliyi: yanğınların səbəbi söndürülməmiş siqaret kötükləridir

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Hikmət Əlizadə son günlər ölkədə baş verən yanğınlar ilə bağlı avqustun 12-də açıqlama verib.

Onun sözlərinə görə, təkcə Xətai rayonunun Vunq Tau küçəsində olan yanğın zamanı 45 şam ağacı yanıb və yaşıllığa təxminən 40 min manat məbləğində ziyan dəyib.

“Müşahidələr göstərir ki yanğınların bir qismi kommunal təsərrüfat işçilərinin qurumuş otları, yarpaqları bir yerə toplaması və ona od vurmasıdır. İkinci əsas fakt isə söndürülməmiş siqaret kötüklərinin yaşıllıq ərazilərinə atılmasıdır”, – deyə Hikmət Əlizadə qeyd edib.

O həmçinin bildirib ki, bu faktlarla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırmalar aparılır.

Bu həftə Qəbələdə, Tovuzda, Oğuzda, Ağsuda və Bakının Xətai rayonunda meşəlik ərazilərdə yanğınlar baş verib. Hazırda Qəbələdə yanğın 3 istiqamətdə – Abrıx, Solqucar, Damnıx kəndlərinin yüksək dağlıq ərazilərindəki meşə sahəsində davam edir.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
Tövsiyə xəbərlər
0
Rəy bildirinx