TÖVSİYƏ XƏBƏRLƏR

Elektron Təhlükəsizlik Xidmətində rəis vəzifəsinə yeni təyinat olub

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə yeni rəis təyin edilib.

Bu barədə İnsanoid 18 avqust tarixində Report-a istinadən məlumat verir.

Bu vəzifəyə qurumun rəis müavini, rəis vəzifəsini müvəqqəti icra edən Samir Rəsulov təyin olunub.

O, bu vəzifədə Şahin Əliyevi əvəzləyib. Ş.Əliyev bir qədər əvvəl nazirliyin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədrinin müşaviri vəzifəsinə təyinat almışdır.