Elm və Təhsil Nazirliyi: Əcnəbi tələbələrin sayının 10 mindən çox olmasına çalışırıq

“Azərbaycanda əcnəbi tələbələrin sayının 10 mindən çox olmasına çalışırıq”. Bunu Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin sektor müdiri Müjdat Həsənov bildirib.

Bu barədə 21 yanvar tarixində APA məlumat verib.

“Universitetləri təşviq edirik ki, hər il əcnəbi tələbələrin sayını artırsınlar. Son iki ilin nəticələrini müqayisə etsək, 20% artım var. Növbəti illərin hər biri üçün 15-20% artıma nail olmaq üçün universitetləri təşviq edəcəyik”, – deyə sektor müdiri bildirib.

Qeyd edək ki, Azərbaycan universitetlərində 2022-2023-cü tədris ilində 110 ölkədən 9 000-ə yaxın xarici vətəndaş təhsil alır.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
Tövsiyə xəbərlər
0
Rəy bildirinx