İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Starlink Azerbaijan” MMC-ni dövlət qeydiyyatına alıb. Bu barədə 30 dekabr tarixində Report məlumat verib.
Məlumata əsasən, yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, ev 15, mənzil 140, nizamnamə kapitalı 100 dollar, qanuni təmsilçisi isə Lauren Ashley Dreyerdir.
Xatırladaq ki, “Starlink” ABŞ-nin “SpaceX” şirkətinə məxsus internet xidmətidir. Onun təsisçisi məşhur iş adamı, elektromobil istehsalı ilə məşğul olan “Tesla” şirkətinin də sahibi İlon Maskdır. Bakıdakı təmsilçi isə “SpaceX”də 2006-cı ildən işləyir, biznes əməliyyatları üzrə baş direktordur.