Emin Ağalarov Bakıda bulvar və ticarət mərkəzi inşa etdirəcək

Sentyabr ayında Bakıda Nardaranda yerləşən “Sea Breeze” kurort qəsəbəsində ticarət mərkəzinin tikintisi başlanılacaq. Bu barədə Emin Ağalarov avqustun 31-də TASS-a bildirib.

“Ticarət mərkəzinin tikintisinə sentyabrın 15-dən başlayacağıq. Birinci mərhələnin ümumi sahəsi 43 min kvadrat metr təşkil edəcək. Növbəti yaya qədər layihəni bitirməyi planlaşdırıram”, – deyə Ağalarov qeyd edib.

Bundan əlavə, “Sea Breeze” ərazisində altı kilometrlik bulvarın tikintisi planlaşdırılır. Orada piyada zonası, velosiped yolları, abadlıq və istirahət obyektlərinin tikintisi nəzərdə tutulur.

Bakının ətrafında, Xəzər dənizi sahillərində “Sea Breeze” qəsəbəsinin yaradılması 2005-ci ildə beşulduzlu otelin tikintisi ilə başlayıb. Hazırda layihəyə mənzil kompleksləri, villalar, otellər, restoranlar, məktəb və konsert yeri daxildir. Kurort kəndinin yaradılmasına qoyulan ümumi investisiya 1,5-2 milyard dollar təşkil edəcək, layihənin 2028-2030-cu illərdə tamamlanması gözlənilir.

 

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Emin Ağalarov Bakıda bulvar və ticarət mərkəzi inşa etdirəcək”

Tövsiyə xəbərlər