TÖVSİYƏ XƏBƏRLƏR

Emin Əmrullayev Faina Ələkbərova ilə görüşüb

Elm və təhsil naziri Emin Əmrullayev Əməkdar müəllim, 160 nömrəli Klassik gimnaziyanın keçmiş direktoru Faina Ələkbərova ilə görüşüb.

Bu barədə 23 sentyabr tarixində Elm və Təhsil Nazirliyindən məlumat verib.

Emin Əmrullayev Faina Ələkbərovanın 160 nömrəli Klassik gimnaziyada uzunmüddətli rəhbərliyi dövründə təhsil yolunu, peşəkar idarəetmə təcrübəsini vurğulayaraq ona gənc nəslin təlim-tərbiyəsi sahəsində səmərəli xidmətinə görə təşəkkür edib.

Elm və təhsil naziri, həmçinin Faina Ələkbərovanın gimnaziyanın məsləhətçisi təyin olunduğunu bildirib.

Qeyd edək ki, Gülnarə Mustafayeva 160 nömrəli Klassik gimnaziyaya direktor təyin olunub. O, həmin müəssisənin məzunu olub və burada müəllim kimi çalışıb.