Energetik içkilər bazarında haqsız rəqabət halları aşkarlanıb

Bir sıra alkoqolsuz içkilərin markalanmasında həmin məhsulların enerji içkisi olması təəssüratlarının yaradılması, xassələri və keyfiyyəti barədə düzgün olmayan məlumatlar təqdim etməklə haqsız rəqabətə yol verilib. Bu barədə 31 avqust tarixində report.az İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istinadən məlumat verib.

İşlərə baxılması zamanı “Avrora” MMC-nin “Bizon energy”, “Berg energy” MMC-nin eyni adlı məhsulu, “A+CO” ASC-nin “Full energy”, “NPG Azərbaycan” MMC-nin “Pit Bull” enerji içkisi kimi təqdim olunmalarına baxmayaraq həmin məhsulların enerji içkisi olmaması faktları aşkarlanıb.

Bundan əlavə, “Pit Bull” alkoqolsuz içkisinin qablaşdırılmasında “Veysəloğlu” MMC-nin adından qanunsuz istifadə halları aşkarlanıb. Pozuntuların aradan qaldırması barədə şirkətlərə göstərişlər verilib.

“Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları”na əsasən, alkoqolsuz içkilərin tərkibində kofein və taurin, yaxud həmin maddələrdən yalnız kofeinin miqdarı 15 mq/100 ml-dan artıq olarsa, həmin içkilər enerji içkisi hesab edilir.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Energetik içkilər bazarında haqsız rəqabət halları aşkarlanıb”

Tövsiyə xəbərlər