44 günlük müharibə dövründə zərər dəymiş 45 məktəbdən 36-da təmir və tikinti işləri yekunlaşıb. Bunu sentyabrın 16-da “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlimdə Təhsil Nazirliyinin nümayəndəsi deyib.
O bildirib ki, ölkədə digər məktəblərin də bərpası istiqamətində işlər davam etdirilir. Sentyabrın 15-dək 37 məktəbin açılışı olub. Bu məktəblərdən 15-i modul tiplidir.
İlin sonuna qədər daha 32 məktəbin açılması planlaşdırılır. Onlardan da 16-sı modul tipli məktəbdir.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.