Sosial şəbəkələrdə qondarma “Artsax Futbol Liqası”nda çıxış edən “Avo-Martuni” klubunun futbolçularının Azərbaycan bayrağına ayaqlarını sildikləri görüntülər yayılıb. Video dekabrın 12-də Əli Hacızadənin Facebook səhifəsində paylaşılıb.
“Avo Martuni” futbol klubu beynəlxalq terrorçu, ASALA erməni terror qruplaşmasının üzvü, “Avo” kimi tanınan Monte Melkonyanın adını daşıyır. Terrorçu 1993-cü il iyunun 12-də birinci Qarabağ müharibəsi zamanı Azərbaycan ordusu tərəfindən məhv edilmişdir.
Melkonyan Xocalı soyqırımının həyata keçirilməsində, Kəlbəcər rayonunun işğalı zamanı azərbaycanlıların öz evlərindən qovulmasında və dinc əhaliyə qarşı bir sıra cinayətlərin törədilməsində birbaşa iştirak etmişdir.