TÖVSİYƏ XƏBƏRLƏR

Erməni separatçılar 40 ton unun Xankəndiyə çatdırılmasını əngəlləmək üçün yolu bağlayıblar – VİDEO

Qarabağdakı erməni separatçılar Ağdam-Xankəndi yolu üzərində, Əsgəran yaxınlığında etiraz aksiyası keçirirlər. Bu barədə İnsanoid APA-ya istinadən bu gün, 1 sentyabr tarixində xəbər verir.

Separatçılar Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) ərzaq yükünün Xankəndiyə çatdırılmasını əngəlləmək üçün bu yola əl atıblar.

Onlar faktiki olaraq yolu bloklayıblar. Guya Xankəndidə “humanitar fəlakət” yaşandığını dünyaya car çəkən ermənilərin ərzaq yükünün məhz Azərbaycandan gəlməsinə maneçilik törətməsi irqçilikdir və bu davranış beynəlxalq ictimaiyyət tərəfindən ciddi qınanmalıdır.

AzQAC tərəfindən Qarabağda yaşayan erməni sakinlərin ehtiyaclarını qarşılamaq üçün avqustun 29-da Bakıdan göndərilən 40 ton un yüklü iki avtomobil Ağdam-Əsgəran-Xankəndi yolunda, Rusiya sülhməramlılarının postunun qarşısında gözləyir. AzQAC əməkdaşları və könüllülər ərazidə qurulan çadırlarda gecələyirlər.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx