TÖVSİYƏ XƏBƏRLƏR

Ermənilərdən yeni təxribat: Prezidentin ötənilki çıxışından sözləri yayaraq vəziyyəti gərginləşdirməyə çalışırlar

Rusiya və Ermənistan teleqram kanalları Prezident İlham Əliyevin 8 ay əvvəlki çıxışında dediyi sözləri vəziyyətin gərginləşdirilməsi üçün istifadə edirlər.

Bu barədə İnsanoid 9 sentyabr tarixində AZfront teleqram kanalına istinadən xəbər verir.

Rusiya və Ermənistan teleqram kanalları İlham Əliyevin keçən ilin dekabr ayındakı çıxışında dediyi sözləri yayır: “…ermənilər başqasının torpağında özü üçün dövlət qurub. Ermənistan heç vaxt bu ərazidə olmayıb. İndiki Ermənistan bizim torpağımızdır…”. Əslində isə dövlət başçısı bunu keçən ilin dekabr ayında bildirib və izah edib ki, bunlar ərazi iddiaları deyil, tarixi faktlardır.

Ermənistanla Azərbaycan arasında vəziyyətin gərginləşməsi fonunda 8 aylıq bəyanatdan heç bir izahat verilmədən çıxarışların yayılması açıqca təxribat xarakteri daşıyır.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx