TÖVSİYƏ XƏBƏRLƏR

Ermənilərin ABŞ-dəki “himayədarı” rüşvət almaqda ittiham olunur

ABŞ-ın ermənipərəst Demokrat senatoru Robert Menendes və onun erməni arvadı rəsmi olaraq siyasi xidmətlər müqabilində rüşvət almaqda ittiham olunublar. Bu barədə İnsanoid The New York Times nəşrinə istinadən bu gün, 22 sentyabr tarixində xəbər verir.

Nyu-York prokurorlarının iddianaməsində deyilir ki, 2022-ci ilin iyununda Menendesin Nyu-Cersidəki evində aparılan axtarış zamanı federal agentlər nağd pul, qızıl və lüks avtomobil tapıblar. 480 min dollardan çox nağd pul və 155 min dollar dəyərində qızıl külçələr aşkar edilib.

Sentyabrın 21-də Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda apardığı antiterror tədbirləri fonunda Menendes Azərbaycan rəhbərliyinə qarşı sanksiyaları nəzərdə tutan absurd qanun layihəsinin təşəbbüskarı olub.

Menendez Senatın Xarici Əlaqələr Komitəsinin sədridir, Konqresdə ən qədim və strateji əhəmiyyətli komitələrdən biridir. O, erməni əsilli amerikalı Nadina Arslanyanla evlidir.