1968-ci ildə Azərbaycan radiosunun “Qızıl fondu”na daxil edilən “Sənə qurban” adlı musiqi əsərinin ermənilər tərəfindən “Garun” adı altında mənimsənilərək ifa edilməsi və Youtube-da yayılması faktı Əqli Mülkiyyət Agentliyində araşdırılıb.
Bu barədə İnsanoid APA-ya istinadən bu gün, 2 noyabr tarixində xəbər verir.
Əqli Mülkiyyət Agentliyi xəbər verir ki, ifa olunan “Garun” (“Bahar”) adlı musiqi əsəri Azərbaycan bəstəkarı Ələkbər Tağıyevin “Sənə qurban” musiqi əsəri ilə üst-üstə düşür.
“Sənə qurban” əsəri Ələkbər Tağıyevin Azərbaycan şairi Mikayıl Müşfiqin sözlərinə bəstələdiyi və ilk dəfə Zeynəb Xanlarova tərəfindən 1968-ci ildə ifa edilmiş mahnıdır. Bəstəkar Ə.Tağıyevin “Sənə qurban” mahnısı (sözlərin müəllifi kimi Mikayıl Müşfiqin adı göstərilib) 1978-ci ilin 10 iyun tarixində Əqli Mülkiyyət Agentliyində (agentlik həmin vaxt Ümumittifaq Müəllif Hüquqları Agentliyinin Azərbaycan Respublikası Şöbəsi adlanırdı) qeydiyyata alınıb.
Sonralar bu mahnı erməni müğənnilər Tiqran Asatryan, Spitakci Hayko, erməni əsilli İran-ABŞ pop ifaçısı Andranik Madadyan və başqaları tərəfindən erməni dilində “Garun” (azərb. “Bahar”) adı ilə ifa edilib.
Youtube kanalında yerləşdirilmiş “Garun” adlı musiqi əsəri haqqında verilən məlumatda Ələkbər Tağıyevin adı göstərilməməklə müəllifin şəxsi hüquqları, Youtube kanalında kommersiya məqsədilə yerləşdirilməsi nöqteyi nəzərdən isə Ələkbər Tağıyevin əmlak hüquqları pozulmuşdur.
View this post on Instagram