TÖVSİYƏ XƏBƏRLƏR

Ermənistan Azərbaycan Ordusunun Gədəbəy istiqamətindəki mövqelərini atəşə tutub

Ermənistan Azərbaycan Ordusunun Gədəbəy istiqamətindəki mövqelərini atəşə tutub. Bu barədə 19 sentyabr tarixində Müdafiə Nazirliyi məlumat yayıb.

Sentyabrın 19-u saat 02:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri

Çəmbərək rayonunun Cil yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Novoivanovka yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan bir neçə dəfə atəşə tutub.

“Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb”, – məlumatda qeyd olunub.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx