Ermənistan Müdafiə Nazirliyi dünən Azərbaycan tərəfindən əsir götürüldüyü iddia edilən itkin düşmüş əsgərin tapıldığını bildirib. Bu haqda bu gün, 22 mart tarixində Report xəbər verib.
Martın 21-də avtomobillə hərbi istehkama ərzaq apararkən itən Ermənistan Silahlı Qüvvələrinin əsgəri M.Q. martın 22-də tapılıb. Əsgərin həyatı üçün təhlükə yoxdur.
Dünən Azərbaycan Müdafiə Nazirliyi martın 21-də Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun avtomobillə guya Azərbaycan ordusunun bölmələrinin mövqelərinə yaxınlaşması və bölmələrimiz tərəfindən əsir götürülməsi ilə bağlı yayılan məlumatı rəsmən təkzib edib.