TÖVSİYƏ XƏBƏRLƏR

Ermənistan parlamentinin komissiyası Roma Statutunu ratifikasiya edib

Ermənistan parlamentinin Dövlət Hüququ üzrə daimi komissiyası Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya edib. Bu barədə Report 28 sentyabr tarixində xəbər verib.

Komissiya sədrinin müavini Arusyak Cullakyanın sözlərinə görə, komissiyanın işində iştirak edən üzvlərin hamısı qanun layihəsinin lehinə səs verib. Sədr müavini deyib ki, sənəd parlamentin gündəliyinə daxil edilib.

Daimi komissiyanın müxalifətdən olan üzvləri iclasda iştirak etməyiblər.