Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus radiolokasiya stansiyası məhv edilib.
Bu barədə 19 sentyabr tarixində Müdafiə Nazirliyi məlumat yayıb.
“Sentyabrın 19-u Xocavənd rayonu istiqamətində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus P-18 radiolokasiya stansiyası (RLS) bölmələrimizin dəqiq atəşi ilə məhv edilib”, – məlumatda qeyd olunub.
Cəbhədə baş verən ən son hadisələri İnsanoid telegram kanalında izləyin.