Türkiyə-Ermənistan oyunu zamanı Ermənistan Himni fitə basılıb. Bu barədə İnsanoid bu gün, 9 sentyabr tarixində xəbər verir.
Ötən gün Türkiyə millisi D qrupu çərçivəsində Ermənistan yığmasını qəbul edib.
Matçın start fitindən əvvəl hər iki ölkənin dövlət himnləri səsləndirilib. Əskişəhərdə keçirilən matçda yerli azarkeşlər Ermənistan Himnini fitə basıblar.
Fit səsindən rəqib komandanın Himni eşidilməyib.
Bu komandalar arasında İrəvanda keçirilən matçda ermənilər Türkiyə himnini fitə basmışdılar. Türkiyəli fanatlar da bu addıma cavab veriblər.