“Azərbaycan və Ermənistan oktyabrın 5-də Qranadada sənəd imzalayacaq”. Bunu Ermənistanın keçmiş baş naziri Aram Sarkisyan bildirib.
Bu barədə 30 sentyabr tarixində AZfront Telegram kanalı bildirib.
“Bu sənəd Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü tanıması mənasını daşıyır”, – deyə o bildirib.
Onun sözlərinə görə, Rusiya bu görüşün keçirilməsinin əleyhinədir: “Rusiya Azərbaycanı görüşü ləğv etməyə inandırmaq üçün hər şeyi edəcək”.