TÖVSİYƏ XƏBƏRLƏR

Evdən 50 min manat dəyərində oğurluq edən qadın saxlanılıb

Gəncədə oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə İnsaoid DİN-in Mətbuat Xidmətinə istinadən bu gün 18 noyabr tarixində xəbər verir.

Gəncə polisi şəhər sakininə məxsus fərdi yaşayış evinə qeyri-qanuni yolla daxil olaraq, oradan 6 min ABŞ dolları nağd pul və ümumi dəyəri 40 min manat olan qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən şəhər sakini olan qadını saxlayıb.

Maddi sübutlarla birlikdə istintaqa təhvil verilən şübhəli şəxs ifadəsində törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Gəncə oğurluq
Foto DİN