ABŞ-nin Kaliforniya ştatında evin divarından 320 kiloqram palıd qozası aşkarlanıb. Məlum olub ki, qozaları orada toplayan ağacdələn imiş. Hadisə ilə bağlı 7 fevral tarixində News Rebeat məlumat verib.
Kaliforniya sakini zərərvericilərlə mübarizə şirkətinə zəng edib: “Divarlarda qurda bənzəyən kiçik böcəklər var”.
Göndərilən işçilər evin ətrafına baxıblar və daha sonra damın bacasının ətrafında deşik açdıqdan sonra bir ağacdələn tapıbar.
Ağacdələn evə çardaqdakı havalandırma dəliyindən daxil olub. O vaxtdan bəri qazdığı çuxurlara palıd qozaları yığaraq qış üçün yemək toplayıb. Zirzəmidən çardağa qədər təxminən 6 metr qalaq yaranıb. Evin qarşısındakı ağacda da yüzlərlə çuxur qazılıb. Evin divarından təxminən 320 kiloqram palıd qozası tökülüb.
Sakinin haqqında danışdığı qurdlar isə qoz-fındıqların içərisində rast gəlinən yemək qurdları imiş.
Ağacdələn dimdiyini saniyədə 20 dəfə hərəkət etdirərək ağacda deşik aça bilər.