TÖVSİYƏ XƏBƏRLƏR

Evində işləyən ustanı və arvadını öldürən şəxsin istintaqı yekunlaşıb

Tərtərdə arvadını və evində usta işləyən şəxsi qətlə yetirməkdə təqsirləndirilən Asəf Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Bu barədə APA 3 iyun tarixində xəbər verib.

Təqsirləndirilən şəxs barəsində toplanan materiallar baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Abdulla Məmmədovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası iyunun 13-nə təyin edilib.

Bu il fevralın 19-u saat 09:40 radələrində Tərtər rayon sakinləri – 1981-ci il təvəllüdlü Gülnar Məmmədovanın və 1991-ci il təvəllüdlü Namiq Allahverdiyevin ölməsinə dair məlumat daxil olub.

Tərtər rayon prokurorluğu və rayon polis şəbəsinin əməkdaşları tərəfindən keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Namiq Allahverdiyevin odlu silahla, Gülnar Məmmədovanın isə kəsici-deşici alətlə sonuncunun əri, 1979-cu il təvəllüdlü Asəf Məmmədov tərəfindən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

Hadisənin qısqanclıq zəminində törədilməsi bildirilir.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx