Fevralın 27-də respublika fənn olimpiadalarının yarımfinal turu 30 mərkəzdə təşkil ediləcək. Bu haqda fevralın 14-də Təhsil İnstitutu məlumat verib.
Yarımfinal turu Bakı şəhərində 5, Naxçıvan Muxtar Respublikasında 1 və bölgələrdə 24 mərkəz olmaqla ümumilikdə 30 mərkəzdə təşkil ediləcək.
Yarımfinal turunda iştirak etmək üçün şagirdlər fevralın 14-dən 18-dək https://portal.edu.az/ platforması üzərindən buraxılış vərəqəsini yükləyə və çap edə bilərlər.
İnformatika fənnindən imtahan martın 5-6-da keçiriləcək.