Füzuli-Cəbrayıl yolu minalardan təmizlənir

Füzuli-Cəbrayıl yolunun minalardan təmizlənməsinin birinci mərhələsi başa çatıb. Bu barədə ANAMA-nın nümayəndəsi avqustun 31-də məlumat verib.

Ümumi uzunluğu 12 kilometr olan yol üç hissəyə bölünməklə təmizlənir. Birinci hissə – 3,4 kilometr artıq minalardan təmizlənərək təhvil verilib.  Hazırda minatəmizləmə işləri yolun ikinci hissəsində, Qarğabazarı kəndində aparılır.

Qeyd edilib ki, minatəmizləmə prosesi üç usulla aparılır – əl ilə, mexaniki yolla və xüsusi təlim keçmiş itlər vasitəsilə. Avqustun 23-də ABŞ-dən Azərbaycana 10 minaaxtaran it çatdırılıb.

Keçən ay ərzində işğaldan azad edilmiş ərazilərdə 525 piyada və tank əleyhinə mina aşkarlanıb.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Füzuli-Cəbrayıl yolu minalardan təmizlənir”

Tövsiyə xəbərlər