Sentyabrın 5-də Füzuli Beynəlxalq Hava Limanında sınaq uçuşları çərçivəsində AZAL və Silk Way aviaşirkətlərinin təyyarələri eniş ediblər. Bu barədə AZAL-ın rəsmi sahifəsindən məlumat verilib.
AZAL-a məxsus ən böyük “Airbus A340-500” tipli sərnişin təyyarəsi Bakıdan Füzuli hava limanına sınaq reysi həyata keçirib. Həmin təyyarə “Qarabağ” adını daşıyır. Uçuş müddəti təxminən 35 dəqiqə təşkil edib.
Eyni gündə, Silk Way aviaşirkətinin “Boeing 747-400” tipli yük təyyarəsi ilə Qarabağa ilk dəfə yüklər çatdırılıb.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.