Qəbələnin Vəndam qəsəbəsində İsmayıllı rayon sakini özünə qəsd edib. Bu barədə Oxu.az 11 mart tarixində məlumat verib.
Gecə saatlarında 30 yaşlı Faiq Ağayev Vəndam qəsəbəsində kirayə verdiyi evlərin birində özünü asaraq intihar edib.
Hadisənin hansı səbəbdən baş verdiyi bilinmir.
Hazırda Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları ərazidədir.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, intihar edən şəxs İsmayıllı Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşıdır.