Fermerlərin nəzərinə: mineral gübrələrin səyyar satış xidməti başlayıb

Sentyabr ayından etibarən “Aqroservis” ASC tərəfindən kalium və fosforlu mineral gübrələrin kənd və qəsəblərdə səyyar satış xidmətinə başlanılıb. Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin səhifəsində məlumat verilib.

Sözügedən səyyar satışın əsas məqsədi, gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman və məsafə itkisinin qarşısının alınmasıdır. Bu da öz növbəsində əkinə cəlb edilən bütün torpaqlarda gübrələrdən istifadə edilməsinə şərait yaradır və məhsuldarlığın artmasına öz müsbət təsirini göstərir.

Məhsulu sifariş etmək üçün sahibkarlar “Aqroservis”in 1659 satış məntəqəsinə müraciət edə bilərlər.

Gübrənin əldə edilməsi üçün yalnız “Fermer kartı” təqdim olunmalıdır. Yeni qaydalara əsasən, gübrənin dəyərinin 100%-i fermer kartından çıxarılır, fermer əlavə ödəniş etmir.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Fermerlərin nəzərinə: mineral gübrələrin səyyar satış xidməti başlayıb”

Tövsiyə xəbərlər