2022-ci ildən təhvil verilən şəkər çuğundurunun hər tonuna görə 12 manat məhsul subsidiyası veriləcək. Bu barədə 20 sentyabr tarixində Kənd Təsərrüfatı Nazirliyinin rəsmi Facebook səhifəsində məlumat verilib.
Məhsul subsidiyası almaq üçün sahibkarlar öz əkinlərini nazirliyin elektron sistemində bəyan etməlidir.
2021-ci ildə təhvil verilən şəkər çuğundurunun hər tonuna görə fermerlər 4 manat subsidiya alacaqlar.
Azərbaycanda şəkər çuğunduru ən çox Tovuz, Beyləqan və Ağcabədi rayonlarında istehsal olunur.