Fermerlərin nəzərinə: pambıq subsidiyası 70% artırıldı

2022-ci ildən təhvil verilən pambığın hər tonuna görə 170 manat yalnız məhsul subsidiyası veriləcək. Bu barədə 18 sentyabr tarixində Kənd Təsərrüfatı Nazirliyinin rəsmi Facebook səhifəsində məlumat verilib.

Məhsul subsidiyası almaq üçün sahibkarlar öz əkinlərini nazirliyin elektron sistemində bəyan etməlidir.

Ötən ay pambıq istehsalı və emalı ilə məşğul olan şirkətlər məhsul istehsalının həvəsləndirilməsi üçün pambığın alış qiymətinin artırılması ilə bağlı qərar qəbul ediblər.

2021-ci ildə təhvil verilən pambığın hər tonuna görə fermerlər 100 manat subsidiya alacaqlar.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Fermerlərin nəzərinə: pambıq subsidiyası 70% artırıldı”

Tövsiyə xəbərlər