Fermerlərin nəzərinə: yaş və quru tütünə görə subsidiya artırıldı

2022-ci ildən təhvil verilən yaş və quru tütünə görə yalnız məhsul subsidiyası veriləcək. Bu barədə 21 sentyabr tarixində Kənd Təsərrüfatı Nazirliyinin rəsmi Facebook səhifəsində məlumat verilib.

Qərara əsasən, fermerlər Virciniya sortu üzrə yaşıl tütünün hər tonuna görə 26 manat, digər quru tütünün hər tonuna görə 180 manat və yaş tütünün hər tonuna görə 18 manat məhsul subsidiyası alacaqlar.

2021-ci ildə təhvil verilən Virciniya sortu üzrə yaşıl tütünün hər tonuna görə 5 manat, digər quru tütünün hər tonuna görə 50 manat və yaş tütünün hər tonuna görə 5 manat məhsul subsidiyası alacaqlar.

Azərbaycanda tütün ən çox Şəki, Zaqatala, Qax və Balakən rayonlarında istehsal olunur.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Fermerlərin nəzərinə: yaş və quru tütünə görə subsidiya artırıldı”

Tövsiyə xəbərlər