Maks Ferstappen “Formula 1” Meksika Qran Prisində qalib olub. Bu barədə İnsanoid bu gün, 30 oktyabr tarixində xəbər verir.
Dünya çempionatının 19-cu mərhələsində ikinci yeri “Mercedes” komandasının üzvü, britaniyalı Lyuis Hamilton tutub.
İlk üçlüyü “Ferrari”dən Şarl Lekler tamamlayır.
“Red Bull” komandasının niderlandlı pilotu bu mövsüm 16-cı qələbəsini qazanıb və bu göstəriciyə görə rekorda imza atıb.