2022-ci ilin fevral ayı üzrə 781 min nəfərdən çox şəxs aylıq sosial müavinət və təqaüd alıb. Bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Qeyd edilib ki, onlardan 403 min nəfərə yaxını aylıq sosial müavinət, 378 min nəfərdən çoxu isə təqaüd alır.