Fevralın 1-nə olan məlumata əsasən, əksər rayonlarda hava şəraiti arabir yağıntılı olub, dağlıq rayonlarda qar yağıb. Bu barədə İnsanoid Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə istinadən bu gün, 1 fevral tarixində məlumat verib.
Bildirilib ki, qar örtüyünün hündürlüyü Ağdərədə 9 santimetr, Qaxda 7 santimetr, Naxçıvan, Şahbuz, Lerikdə 1 santimetr olub.
Düşən yağıntının miqdarı Biləsuvarda 6.0 millimetr, Lənkəranda 5.0 millimetr, Göytəpə, Astarada 4.0 millimetr, Ağdərə, Cəfərxanda 3.0 millimetr, Ordubad, Tərtər, Sabirabad, Salyan, Hacıqabul, Culfada 2.0 millimetr, Şahbuz, Naxçıvan, Naftalan, Gəncə, Şəmkir, Tovuz, Ağdam, Qax, Şamaxı, Qobustan, Lerik, Kürdəmir, Zərdab, Şirvan, Göyçay, Yevlax, Mingəçevir, Bərdədə 1.0 millimetrədək, Bakıda və Abşeron yarımadasında: Bakı, Sumqayıt, Maştağa, Binə, Neft Daşları, Pirallahı, Çilov adasında 1.0 millimetrədək olub.
Duman Naxçıvan, Şərur, Culfa, Daşkəsən, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Tovuz, Balakən, Şəki, Şamaxı, Qobustan, Quba, Xaltan, Tərtər, Yevlax, Göyçay, Beyləqan, Cəfərxan, Salyan, Biləsuvar, Hacıqabul, Lerikdə müşahidə olunub, görünüş məsafəsi 50-500 metrədək məhdudlaşıb.
Yanvarın 31-də Bakıda temperatur iqlim normasından 3.1° yuxarı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 8-11° isti, Naxçıvan MR-da 2-6° isti, dağlıq rayonlarda 1° şaxtadan 3°-dək isti, aran rayonlarında 5-9° isti olub.