Ötən sutka ərzində 45 yanğına çıxış olub. Bu barədə 5 sentyabr tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Ümumilikdə ötən sutka ərzində 2-si azyaşlı olmaqla 4 nəfər xilas edilib, yanğın zamanı 4 nəfər təxliyə olunub.
Həmçinin Yuxarı Şirvan kanalının Ağdaş rayonunun Bulaqotağı kəndi ərazisindən keçən hissəsində batan 1 nəfərin meyiti tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.