Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları 23-29 oktyabrda İtaliyanın Karrara şəhərində keçirilən kikboksinqin WTKA versiyaları üzrə döyüş növlərinin Dünya çempionatında iştirak ediblər. Bu barədə 1 noyabr tarixində FHN məlumat yayıb.
FHN əməkdaşları Orxan Mehdiyev 65 kq, Tural Useynov isə 85 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gəliblər.
Qeyd olunub ki, hər iki əməkdaş dünya, Avropa və ölkə çempionu olmaqla yanaşı, dəfələrlə beynəlxalq turnirlərin qalibi olub.