Bakı şəhərinin Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində əl qumbarası tapılıb. Bu barədə 29 avqust tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı “F-1” əl qumbarası olduğu müəyyən edilib.
Sursat zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
“Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib”, – məlumatda qeyd olunub.