Bakıda restoranda yanğın hadisəsi baş verib. Bu barədə 5 sentyabr tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda üçmərtəbəli binanın zirzəmisində, obyektin bir otağında kondisioner, televizor, 2 ədəd sayğac, tənzimləyici və 2 ədəd qoruyucu açar yanıb.
Yanğın söndürülüb.