FHN əhaliyə hava şəraiti ilə bağlı xəbərdarlıq edib

FHN əhaliyə xəbərdarlıq edərək, hava şəraiti ilə əlaqədar təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.

Sentyabrın 24-dən sentyabrın 25-i gündüzədək Azərbaycanda qeyri-sabit və küləkli hava şəraiti olacaq. Bir neçə yerdə şimşək çaxacaq, leysan xarakterli yağış yağacaq və dolu düşəcək.

Milli Hidrometeorologiya Xidməti bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçməsini ehtimal edir.

“İldırımın səbəb ola biləcəyi təhlükələrdən qorunmaq üçün elektrik cihazları şəbəkədən ayırmaq, telefonla danışmamaq, elektrik xətti və antenaya yaxınlaşmamaq məsləhət görülür”, – deyə FHN əhaliyə müraciət edib. İldırımdan qorunmaq məqsədilə çökək yer seçmək, avtomobildə olduqda hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir.

Güclü küləyin fəsadlarından qorunmaq üçün yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “FHN əhaliyə hava şəraiti ilə bağlı xəbərdarlıq edib”

Tövsiyə xəbərlər