TÖVSİYƏ XƏBƏRLƏR

FHN-in əməkdaşları ötən sutka ərzində 9 nəfəri xilas ediblər

Ötən sutka ərzində FHN-in əməkdaşları 9 nəfəri xilas ediblər. Bu barədə İnsanoid Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bu gün, 20 may tarixində xəbər verir.

Ötən sutka ərzində 37 yanğına çıxış və 5 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 2-si azyaşlı olmaqla 9 nəfər xilas edilib.

 

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx