Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilasetmə qüvvələrindən ibarət növbəti dördüncü qrupu avqustun 7-də Türkiyəyə çatıb.
200 nəfərdən ibarət şəxsi heyət sabahdan etibarən yanğınların söndürülməsi işlərinə cəlb olunacaq.
Bundan əvvəl, avqustun 5-də qonşu ölkəyə FHN-in 150 nəfər yanğınsöndürəni, 1 ədəd “BE-200ÇS” tipli amfibiya təyyarəsi və 40 ədəd yanğınsöndürmə texnikası göndərilib.
İyulun 28-dən Türkiyənin 46 vilayətində baş verən 214 yanğından 202-si artıq nəzarət altına alınıb. Yanğınlarda 8 nəfər vəfat edib.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.