Ötən sutka ərzində 47 yanğına çıxış olub. Bu barədə 26 avqust tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Qəza-xilasetmə əməliyyatları zamanı 3 azyaşlı xilas olunub.
Bakı şəhərinin Sabunçu rayonunda bağlı qapı arxasında aşkar olunan 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.
Həmçinin Kür çayının Zərdab rayonunun Təzəkənd kəndi ərazisindən keçən hissəsində batması ehtimal olunan 1 uşağın axtarışları aparılır.