Ötən sutka ərzində 21 yanğına çıxış olub. Bu barədə 21 oktyabr tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Ümumilikdə FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində qəza-xilasetmə əməliyyatları zamanı 3 nəfər xilas olunub. Bakı şəhərinin Pirallahı və Nəsimi rayonlarında bağlı qapı arxasında aşkar olunan 2 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.
Həmçinin Lənkəran şəhərinin Göyşaban kəndində 1 nəfərin meyiti su kanalından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.