TÖVSİYƏ XƏBƏRLƏR

FHN: ötən sutka ərzində 3 azyaşlı xilas edilib

Ötən sutka ərzində 34 yanğına çıxış olub. Bu barədə 23 oktyabr tarixində Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Ümumilikdə Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 9 nəfər, o cümlədən intihara cəhd edən 1 nəfər xilas edilib.

Həmçinin Quba rayonunun Qəçrəş kəndində “BAЗ” və “INFINITI” markalı iki minik avtomobilinin toqquşması nəticəsində nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalan 1 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.