Ötən sutka ərzində 40 yanğına çıxış olub. Bu barədə 1 sentyabr tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Ümumilikdə Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində biri azyaşlı olmaqla 9 nəfər xilas edilib.
Həmçinin Qusar rayonunun Bala Qusar kəndində “VAZ” markalı minik avtomobilinin yol kənarındakı ağaca çarpılması nəticəsində avtomobildə sıxılmış vəziyyətdə qalan 1 nəfər xilas edilib, yanğın zamanı 8 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.