Ötən sutka ərzində 36 yanğına çıxış olub. Bu barədə 24 oktyabr tarixində Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Ümumilikdə Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 7-si azyaşlı olmaqla 17 nəfər xilas edilib.
Həmçinin Mingəçevir şəhəri yaxınlığında su anbarında batan 1 nəfərin meyiti sahildən təqribən 5 kilometr aralıda tapılaraq, sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.