FHN vətəndaşlara müraciət edib

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, sentyabrın 2-si axşamdan başlayaraq 4-ü səhərədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, güclü külək əsəcəyi, bəzi yerlərdə intensiv yağış yağacağı və şimşək çaxacağı proqnozlaşdırılır.

FHN əhaliyə müraciət edərək, güclü küləyin səbəb ola biləcəyi təhlükələrdən qorunmaq üçün diqqətli olmağı, müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyi və zərurət olmadan bayıra çıxmamağı tövsiyə edir.

Nazirlik təhlükə zamanı 112-yə zəng etməyi tövsiyə edib.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “FHN vətəndaşlara müraciət edib”

Tövsiyə xəbərlər